İtaliya “qızıl güc” səlahiyyətlərini müdafiəyə hazırdır

post-img

İtaliya hökuməti strateji aktivləri qorumağa yönəlmiş “qızıl güc” (golden power) səlahiyyətlərini müdafiə edəcək. 

XQ “Reuters”-ə istinadla xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Cankarlo Ciorgetti Lüksemburqda jurnalistlərə açıqlamasında bildirib. 

O, həmçinin qeyd edib ki, milli təhlükəsizlik yalnız milli hökumətin məsuliyyətidir və İtaliya bunu müdafiə etməyi planlaşdırır. 

Xatırladaq ki, İtaliya Avropa İttifaqı ölkələri arasında “qızıl güc” qanunlarından ən geniş istifadə edən dövlətlərdəndir. Həmin qanunlar əsasən bankçılıq, müdafiə və telekommunikasiya kimi sahələrdə milli maraqları qorumağa xidmət edir. Avropa Komissiyası isə vahid bazar və birləşmə qaydaları üzrə iki ayrı hüquqi prosedur başlatmağı planlaşdırır. Bundan öncə Komissiya tərəfindən İtaliyaya xəbərdarlıq edilmişdi ki, bank birləşmələrini “qızıl güc” vasitəsilə yoxlanması Aİ qaydalarını poza bilər. 

Nəzrin ELDARQIZI,
XQ

Dünya