İran ABŞ gəmilərinə zərbə endirib

post-img

İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-ın üç hərbi gəmisinə zərbə endirib. 

“Tasnim” xəbər agentliyinin adı açıqlanmayan mənbədən aldığı məlumata görə, hücum nəticəsində Amerika hərbi gəmiləri zədələnib.

Hücumun raketlər və kamikaze dronlarından istifadə edilərək həyata keçirildiyi iddia edilir.

Həmçinin, qeyd olunur ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesləri hücumdan sonra Oman dənizinə doğru geri çəkilməyə məcbur olublar.

ABŞ ordusu da, öz növbəsində, özünümüdafiə məqsədilə İran hədəflərinə zərbələr endirdiyini və vəziyyəti gərginləşdirməyə çalışmadığını bildirib. 

P.ƏMİRCANOV
XQ

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

Dünya