Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyev vasitəsilə Qələbə Gününü pozacaqları təqdirdə Qərb ölkələrinə mərhəmət göstərilməyəcəyi barədə xəbərdar edib. Məlumatı RİA Novosti verib.
Nazirin sözlərinə görə, düşmən ruslar üçün müqəddəs olan bayramı pozmağa çalışır.
Lavrov Xarici İşlər Nazirliyinin binasındakı xatirə lövhələrinə əklil qoymaq mərasimində qeyd edib: “Bütün səmimiyyətimlə və bütün məsuliyyətimlə demək istəyirəm: əgər (Qərbdə dirçələn nasistlərin Ukraynada etdikləri baş verərsə - red.), onlara mərhəmət göstərilməyəcək" .
O, Rusiyanın Ukrayna ərazisindən gələn hər hansı bir təhlükəsizlik təhdidini aradan qaldırmalı olduğunu vurğulayıb.
Bazar ertəsi İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitinin açılışında Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin dronlarının 9 may paradı zamanı Moskvaya uça biləcəyini bildirib. Rusiyanın Müdafiə Nazirliyi isə bu təhdidləri nəzərə alaraq xəbərdarlıq edib ki, hərbçilər şənlikləri pozmaq cəhdlərinə Kiyevə kütləvi raket zərbələri endirməklə cavab verəcəklər.
P.ƏMİRCANOV
XQ
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

