Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında aparılan danışıqlar nəticəsində Qəzza zolağında əldə olunan atəşkəsdən məmnunluğunu ifadə edib.
Xəbəri “Anadolu” verib.
“Həmas və İsrail arasında Türkiyənin töhfə verdiyi Şarm əş-Şeyx danışıqlarının uğurla başa çatmasını səmimiyyətlə alqışlayıram və Qəzza zolağında əldə olunan atəşkəsdən böyük məmnunluq hissi keçirirəm”, - Türkiyə lideri bildirib.
Dövlət başçısı əmin edib ki, Ankara bundan sonra da sazişin şərtlərinə ciddi əməl olunmasına nəzarət edəcək və bu prosesə öz töhfəsini verəcək: “Mən ABŞ Prezidenti Donald Trampa, eləcə də Qətər və Misirə İsrail hökumətini atəşkəslə razılaşmağa sövq edən siyasi iradələrinə görə xüsusi təşəkkürümü bildirirəm”.
Bundan əvvəl ABŞ prezidenti Tramp İsrail və HƏMAS-ın Qəzza zolağı üçün atəşkəs planının birinci mərhələsi üzrə razılığa gəldiyini açıqlamışdı. Razılaşmaya əsasən, məhbuslar ən qısa zamanda azad ediləcək, İsrail silahlı qüvvələri isə əvvəlcədən müəyyən edilmiş xəttə çəkiləcək.
Əldə edilən razılaşmaya əsasən, yaxın gələcəkdə bütün məhbusların azad ediləcəyini vurğulayan Tramp deyib: “İsrail və HƏMAS-ın sülh planımızın birinci mərhələsini təsdiqlədiyini elan etməkdən hədsiz qürur duyuram.
P.Əmircanov
XQ