Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iyulun 11-də saat 10:00-da Yeni Azərbaycan Partiyasının (YAP) Balakən rayonunda yerləşən inzibati binasında vətəndaşlarla görüşəcək.
Komitədən XQ-yə verilən məlumata görə, görüş zamanı Balakən və Zaqatala rayon sakinlərinin müraciətlərinə baxılacaq.