Nizami rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilir.
Məlumata görə, polis əməkdaşları hadisə yerindədir və evakuator cəlb olunaraq yolun hərəkət hissəsinə aşan nəqliyyat vasitəsinin yoldan kənarlaşdırılması, eləcə də sıxlığın aradan qaldırılması üçün işlər görülür.
P.ƏMİRCANOV
XQ