İyulun 22-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Ankarada Prezident Kompleksində keçirilən görüşdə Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk iştirak edib.
Səhər saatlarında Azərbaycanın Baş prokuroru Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ilə görüşüb, həmçinin ölkəmizin Ankaradakı səfirliyində olub.
Ramin Abdullayev
AZƏRTAC
Ankara