Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 23-də ümumi çəkisi 20,6 kiloqramdan artıq narkotik vasitə ələ keçirilib.
Bu barədə DİN məlumat yayıb.
Məlumatda bildirilir ki, bundan əlavə, 1992 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 3 tondan artıq çəkidə 16619 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ