Energetika naziri Pərviz Şahbazov İsmayıllı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, şəbəkəyə qoşulma, sayğaclaşdırma, gərginlik xətlərinin istismar vəziyyəti, elektrik verilişi xətlərinin mühafizə zonası, transformatorların yenilənməsi, qazlaşdırma, qaz təchizatı üzrə yaranmış borc və cərimələr, məşğulluq imkanları ilə bağlı dəstək, habelə sosial və inzibati xarakterli digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Qax və Mingəçevirdən olan 23 vətəndaş iştirak edib.