Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

post-img

Balakən Gömrük İdarəsinin təşəbbüsü ilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

İdarədən XQ-yə bildirilib ki, tədbirdə biznes subyektləri ilə yanaşı, “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndələri də iştirak edib.

Görüşdə gömrük sistemində aparılan islahatlar, təkmilləşmələr, rəqəmsallaşmanın genişləndirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı həyata keçirilən layihələrdən bəhs edilib. Həmçinin ixrac edilən malların müqabilində vəsaitlərin ölkəyə qaytarılması, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat verilib.

Daha sonra biznes nümayəndələrinin rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.





Sosial həyat