Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib.
Agentliyyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən XQ-yə verilən məlumata görə, dünyada blutanq, dabaq və yüksək patogen quş qripi xəstəliyinə yeni yoluxma halları baş verib. Hazırda 61 ölkədə yüksək patogen quş qripi, 28 ölkədə blutanq, 18 ölkədə dabaq, 11 ölkədə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, 10 ölkədə isə Nyukasl xəstəliyi mövcuddur. Ümumilikdə 15 xəstəlik üzrə 85 ölkəyə və yaxud ölkə daxilindəki regionlara məhdudiyyətlər tətbiq edilib.