“Təmiz ölkəm” devizi ilə keçirilən təmizlik aksiyaları çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin və sakinlərin, Şirvan Gənclər Evinin, Mingəçevir “ASAN xidmət”, Naxçıvan regional “ASAN xidmət” mərkəzlərinin könüllülərinin, ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Bilgəh, Sumqayıt, Lənkəran sahillərində, Kür çayının Şirvan şəhərindən keçən hissəsində, Xaçmaz rayonu İstisu qəsəbəsində, Laçın rayonu Bozlu kəndində, Şahbuz rayonu Heydər Əliyev Su Anbarının ətrafında, Mingəçevir şəhəri F.Abdullayev küçəsi Bozdağın ətəyində, Şəki rayonu Göynük, Göygöl rayonu Hacıkənd, Bərdə rayonu Aslan-Əyricə meşəbəyliklərində təmizlik aksiyaları keçirilib. Ümumilikdə ərazilər 3.6 tondan artıq tullantıdan təmizlənib.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyət arasında ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli davranışın təşviq olunması və tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.
XQ