Daha bir qrup müharibə iştirakçısı üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində daha bir qrup müharibə iştirakçısına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, kişi bərbərxanası və s. fəaliyyət istiqamətləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Onlar göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edib, özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Qeyd edək ki, Vətən müharibəsindən sonrakı dövrdə 13350-dək, o cümlədən bu il 1000 nəfərə yaxın müharibə iştirakçısı üçün özünüməşğulluq proqramı əsasında kiçik təsərrüfatlar qurulub.

Mustafa Kamal
XQ







Sosial həyat