Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edəcək

post-img

Ədliyyə naziri Fərid Əhmədov 24 oktyabr 2025-ci il tarixində Gəncə şəhərində Gəncə şəhər və Samux, Göygöl, Daşkəsən, Goranboy, Naftalan, Kəlbəcər rayon sakinlərini qəbul edəcək. 

Nazirlikdən verilən məlumatda bildirilir ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 23 oktyabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Gəncə regional ədliyyə idarəsinə müraciət esərək qəbula yazıla bilərlər. 

Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

N.Adilqızı
XQ

 

 

 

 

Sosial həyat