Goranboyda daha bir ziyalının yubileyi qeyd olundu

post-img

Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy nümayəndəliyinin birgə təşkilatçılığı ilə Goranboy şəhər Mədəniyyət Mərkəzində tanınmış şair, yazıçı-publisist, əməkdar müəllim İsgəndər Fərhadoğlunun (Səklikovun) 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 Yubiley mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvləri, “Goranboy Ensiklopediyası”nın müəllifi, yazıçı-publisist Vəsimə İsmayılqızı, eləcə də rayonun ziyalıları və yubilyarın ailə üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər İsgəndər Səklikovun ədəbi yaradıcılığından, publisistik fəaliyyətindən, gənclərin maariflənməsi və milli-mənəvi dəyərlərin təbliği sahəsindəki xidmətlərindən danışıblar. Onun poeziyasının və publisistikasının bölgənin mədəni həyatında tutduğu mühüm yer vurğulanıb.

Yubiley münasibətilə keçirilən tədbirdə mədəniyyət və incəsənət nümayəndələrinin ifasında ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri təqdim olunub, şairin sözlərinə yazılmış mahnılar səsləndirilib.

 Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxışında rayon rəhbərliyinin ziyalılara, elm və mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib. Bildirilib ki, Goranboyda hər bir ziyalının əməyinə, yaradıcılığına dərin hörmətlə yanaşılır, onların cəmiyyətin mənəvi inkişafındakı rolu yüksək qiymətləndirilir.

 Sonda yubilyar İsgəndər Səklikov göstərilən diqqət və səmimi sözlərə görə minnətdarlığını bildirib, yaradıcılıq fəaliyyətində ona dəstək olan hər kəsə təşəkkürünü çatdırıb.

 Hamlet Qasımov

XQ-nin bğlgə nüxbiri

























Sosial həyat