Gözdən əlilliyi olan 30-a yaxın şəxs sosial reabilitasiya xidmətlərinə cəlb edilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bu il 28 nəfər gözdən əlilliyi olan şəxsə xidmət göstərilib.

XQ xəbər verir ki, müəssisənin görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsinə 5-29 yaşlı şəxslər qəbul edilir.

Benefisiarlar burada sosial, tibbi, pedaqoji, idman və psixoloji reabilitasiya xidmətlərinə cəlb olunurlar. Eyni zamanda müvafiq kateqoriyadan olan şəxslərə brayl əlifbası və əl ağacından istifadə öyrədilir, ayaq hissiyyatının artırılması istiqamətində işlər aparılır.

Gözdən əlilliyi olan şəxslər asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra fəaliyyətlərə də cəlb olunurlar. Onlar üçün müxtəlif ekskursiyalar təşkil edilir, təlimlər keçilir.

Sosial həyat