Bakı Ali Neft Məktəbində narkomaniyaya qarşı maarifləndirici mərasim keçirilib

post-img

Bakı Ali Neft Məktəbində narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici mərasim keçirilib. Ali təhsil ocağının Tələbələrlə iş şöbəsinin böyük metodisti Taleh Mansurov çıxış edərək gənclərin zərərli vərdişlərdən qorunması məqsədilə BANM-də mütəmadi olaraq maarifləndirmə tədbirlərinin keçirildiyini qeyd edib. 

“Gənclərin Antinarkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova narkotik vasitələr və psixotrop maddələrin gənclərin sağlamlığına, təhsilinə və gələcək həyatına vurduğu ciddi zərərlər barədə ətraflı məlumat verib. O, gəncləri bu təhlükəyə qarşı məlumatlı, məsuliyyətli və fəal mövqe nümayiş etdirməyə çağırıb.

XQ

 

Sosial həyat