“2025-ci ilin 11 ayı ərzində tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində icra olunan tibbi xidmətlərin miqdarı 73 935 191, tibbi xidmətlərin məbləği isə 871 374 631 manat təşkil edib. 2024-cü ilin qeyd edilən dövrü ilə müqayisədə icra olunmuş tibbi xidmətlərin sayında 17%, məbləğində isə 7% artım müşahidə olunub”.
XQ xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O bildirib ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyələşmə, idarəetmə və xidmət keyfiyyəti baxımından yeni mərhələyə keçidini təmin edib:
“Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması, vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması məqsədilə tabeli tibb müəssisələrində bir sıra yeni xidmətlərin qurulması davam etdirilməkdədir. Belə ki, tibb müəssisələrində bir sıra yüksək texnologiyalı tibbi xidmətlər (cərrahi əməliyyatlar) icra olunur”.
V.Qurbanov qaraciyər və böyrək köçürülməsi əməliyyatlarının Yeni Klinikada, ürək-damar cərrahiyyəsi və invaziv-radioloji xidmətlərin Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Lənkəran və Şəki rayon mərkəzi xəstəxanalarında, endoprotez əməliyyatlarının isə Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Klinik Xəstəxanası, Nizami, Kliniki, Sabunçu, Sumqayıt tibb mərkəzlərində, Abşeron, Quba və Qəbələ rayon mərkəzi xəstəxanalarında uğurla icra edildiyini deyib:
“Bununla yanaşı, TƏBİB tabeli 13 müəssisədə kataraktanın fakoemulsifikasiyası və aspirasiyası, 23 müəssisədə - intravitreal inyeksiya, avastin xidmətinin icrası həyata keçirilir. Radioloji xidmətlərdən Bakı şəhəri üzrə 7 müəssisədə Maqnit Rezonans Tomoqrafiyası (MRT) və Kompüter Tomoqrafiyası (KT) xidmətləri, regionlar üzrə 9 müəssisədə MRT, 16 tibb müəssisəsində isə KT xidmətləri həyata keçirilir”.
“İcbari tibbi sığorta çərçivəsində 17% artım müşahidə olunub”
- Sosial həyat
- 16:25 19.12.2025
- Oxunma sayı: 618
Açar sözlər:
Paylaş:
Misli Premyer Liqasında XVI tura start verilib
16:45 19.12.2025Sosial həyat
45 yaşlı ölməz qəhrəman
18:53 24.03.2026Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət edib
23:12 23.03.2026Ərkivanli tələbələrlə görüş
10:18 23.03.2026Sağlam qidalanma beyni “gənc” saxlayır – Yeni araşdırma
00:46 23.03.2026-
- 23:55 24.03.2026
-
- 21:52 24.03.2026
-
- 18:53 24.03.2026
-
- 15:13 24.03.2026
-
- 13:13 24.03.2026
-
- 12:33 24.03.2026
-
- 10:55 24.03.2026
-
- 09:58 24.03.2026
-
- 09:56 24.03.2026
-
- 09:15 24.03.2026
-
- 09:04 24.03.2026
-
- 23:12 23.03.2026
-
- 21:41 23.03.2026
-
- 21:34 23.03.2026
-
- 20:41 23.03.2026
-
- 19:44 23.03.2026
-
- 17:34 23.03.2026
-
- 17:30 23.03.2026
-
- 17:25 23.03.2026
-
- 17:06 23.03.2026
-
- 16:56 23.03.2026
-
- 16:43 23.03.2026
-
- 16:26 23.03.2026
-
- 16:24 23.03.2026
-
- 14:36 23.03.2026
-
- 14:14 23.03.2026
-
- 13:50 23.03.2026
-
- 13:44 23.03.2026
-
- 12:59 23.03.2026
-
- 12:36 23.03.2026
-
- 12:19 23.03.2026
-
- 12:16 23.03.2026
-
- 12:11 23.03.2026
-
- 12:02 23.03.2026
-
- 11:57 23.03.2026
-
- 11:54 23.03.2026
-
- 11:51 23.03.2026
-
- 11:27 23.03.2026
-
- 11:25 23.03.2026
-
- 11:22 23.03.2026

