Misli Premyer Liqasında XVI tura start verilib

post-img

Misli Premyer Liqasında cari ilin sonuncu – XVI turuna start verilib.

İlk oyun günündə Yevlax şəhər stadionunda baş tutan matçda “Kəpəz”lə “Turan Tovuz”u qəbul edib. Görüş 2:0 hesabı ilə tovuzluların xeyrinə başa çatıb. Qolları oyunun 7-ci dəqiqəsində Alexandro Serrano, 47-ci dəqiqəsində isə Joarlem Santos vurublar.

“Turan Tovuz” hazırda 27 xalla 4-cü yerdə qərarlaşıb. Hesabında 9 xal olan “Kəpəz” 10-cu pillədədir.

Qeyd edək ki, XVI tura dekabrın 20-də keçiriləcək “Karvan-Yevlax” – “Neftçi”, “Zirə” – “İmişli”, dekabrın 21-də “Qəbələ” – “Qarabağ” , “Araz-Naxçıvan” – “Şamaxı” və dekabrın 22-də isə “Sumqayıt” – “Sabah” oyunları ilə yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman