Səlçuk Karakılıç: "Bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm"

post-img

"31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi ilə tarixə yazılmış, bütün azərbaycanlıları bir ürək, bir ruh ətrafında birləşdirən müqəddəs gündür". 

Bunu XQ-ə açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib. 

"Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürurla “Mən azərbaycanlıyam” demə günüdür. 

Müasir Azərbaycan hər mənada inkişaf edən, dəyişən, güclənən bir dövlətdir. İqtisadiyyatda, mədəniyyətdə, elmdə, diplomatiyada və beynəlxalq nüfuzda əldə olunan nailiyyətlər bunu açıq şəkildə göstərir. Xüsusilə, Qarabağ Zəfərindən sonra Azərbaycan tarixinin ən böyük dönüş nöqtələrindən birini yaşayır. Azad olunmuş torpaqlarda həyat yenidən canlanır, şəhərlər dirçəlir, yollar, məktəblər, məscidlər, mədəniyyət ocaqları inşa olunur. Qarabağ artıq yalnız bir xatirə deyil, böyük bir gələcəyin simvoludur. 

Əminliklə inanıram ki, qarşıdakı illərdə Azərbaycan daha da güclənəcək, daha da çiçəklənəcək. Sülhün, sabitliyin və rifahın bərqərar olduğu bir regionda Azərbaycan öz lider mövqeyini qoruyaraq gələcəyə inamla irəliləyəcək.
Mənim ürəyim hər zaman Azərbaycanla döyünür. 

Sevinci sevincim, kədəri kədərimdir. Bu duyğularla bütün dünya azərbaycanlılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edir, Yeni ildə -2026-cı ildə hər bir evə sağlamlıq, huzur, barış, bolluq, rifah və xoşbəxtlik gətirməsini arzulayıram. Qoy yeni il Azərbaycan xalqı üçün daha çox qürur, daha çox uğur və daha çox sevinc ili olsun.
Türkiyə-Azərbaycan qardaşlığı daim möhkəm və sarsılmaz olsun!",-deyə S.Karakılıç əlavə edib.

Sosial həyat