“Study in Azerbaijan” layihəsinin əsas məqsədi Azərbaycanda ali təhsil almaq istəyən əcnəbi tələbələrə müvafiq məlumat və dəstək təqdim etməkdir.
Elm və Təhsil Nazirliyindən XQ-yə bildirilib ki, layihə üzrə statistik göstəricilərə əsasən, 11 ölkədən ümumilikdə 70 əcnəbi tələbə proqramda iştirak edir. Ölkələr üzrə bölgüdə Pakistan 33 nəfərlə üstünlük təşkil edir. Ardınca Rusiya (12), Türkiyə (8), Hindistan (4), Qazaxıstan (3), Ukrayna (3), Gürcüstan (2), Mərakeş (2), Kosta-Rika (1), İordaniya (1) və Tacikistan (1) gəlir.
Tələbələrin 52-si bakalavriat, 18-i magistratura səviyyəsində təhsil alır. Layihə çərçivəsində Pakistan, Banqladeş, İndoneziya və Azərbaycandan olan 5 təhsil agentliyi ilə müqavilələr imzalanaraq əcnəbi tələbələrin cəlb olunması daha da gücləndirilib.

