Dekabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən XQ-yə bildiriblər ki, Küveytin Baş nazirinin təşəbbüsü ilə baş tutmuş telefon danışığı əsnasında Azərbaycan-Küveyt münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında bir çox sahələrdə inkişaf etdiyi vurğulanıb.
Hökumət başçıları iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər, qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran bir sıra aktual məsələləri nəzərdən keçiriblər.

