Siyəzəndə ət satışı mağazasında normativ tələblərin pozulduğu aşkarlanıb

post-img

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, H.Əliyev küçəsində Nizami Qudrət oğlu Əkbərova məxsus ət satışı mağazasında yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən XQ-yə verilən məlumata görə, yoxlama zamanı mağazada texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, mağazada işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.







Sosial həyat