2025-ci ilin yekunlarına dair müşavirə keçirilib

post-img

Yanvarın 23-də Dövlət Gömrük Komitəsinin 2025-ci il ərzindəki fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib.

DGK Mətbuat xidmətindən XQ-yə bildirilib ki, tədbirdə Dövlət Gömrük Komitəsinin Aparat rəhbəri Kənan Əsədov tərəfindən 2025-ci ilin nəticələrinin müqayisəli təhlilinə dair təqdimat nümayiş etdirilib.

Həmçinin DGK Hüquqi Təminat İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin, Sumqayıt, Gəncə gömrük idarələrinin fəaliyyətləri ilə bağlı təqdimatlar nümayiş olunub.

Müşavirədə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, ölkəmizdə həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq 2025-ci ildə bütün sahələrdə olduğu kimi gömrük sistemində də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atılıb.

Qeyd olunub ki, cari ildə də xidmət səviyyəsinin yüksəldilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, əlçatanlığın, şəffaflığın təmin olunması istiqamətində gömrük orqanları qarşısında müəyyənləşdirilən tapşırıqların icrası davam etdiriləcək.

 



Sosial həyat