Telekanalların proqramlarının janr bölgüsü açıqlanıb

post-img

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanmışdır.

XQ xəbər verir ki, statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:

23,47 % - informasiya və analitik proqramlar
16,33 % - musiqi və əyləncəli proqramlar
15,90 % - idman proqramları
13,45 % - bədii filmlər və seriallar
10,90 % - reklam məzmunlu materiallar
  8,04 % - mədəni-maarif janrında proqramlar
  3,82 % - anonslar, elanlar
  2,93 % - sosial yönümlü proqramlar
  2,89 % - sənədli film və materiallar
  1,17 % - sosial çarxlar
  1,10 % - uşaq proqramları və cizgi filmləri

Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.

Sosial həyat