Samuxda Alıuşağı kənd sakinləri ilə səyyar görüş

post-img

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Alıuşağı kəndində növbəti səyyar görüşünü keçirib. 

Kənd tam orta məktəbin binasında keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, eləcə də idarə və təşkilatların rəhbərləri iştirak ediblər.

Rayon rəhbəri çıxışı zamanı belə görüşlərin vətəndaşlarla birbaşa ünsiyyətin qurulmasına xidmət etdiyini bildirib. O, ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə sosial-iqtisadi sahədə görülən işlərdən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, dövlət və vətəndaş münasibətləri qarşılıqlı etimad əsasında inkişaf edir.

Səyyar görüş zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər diqqətə alınıb. Xüsusilə içməli su təchizatının yaxşılaşdırılması, suvarma, yol və digər problemlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə yerində müvafiq tapşırıq və tövsiyələr verilib.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri







Sosial həyat