Ombudsman Aparatında yüksək bal toplayan abituriyent və ictimai fəal gənclərlə görüş keçirilib

post-img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında cari ildə Nizami rayonu üzrə yüksək bal toplayan abituriyent və ictimai fəal gənclərlə görüş keçirilib. 

XQ xəbər verir ki, görüş zamanı gənclərə insan hüquq və azadlıqlarının mahiyyəti, Azərbaycanda insan hüquqlarının təmini istiqamətində aparılmış hüquqi islahatlar, məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaranması və fəaliyyətinin hüquqi əsasları barədə ətraflı məlumat verilib. 

Eyni zamanda, gənclər Ombudsman Aparatının strukturu, vətəndaşların müraciətlərinə operativ cavab verən çağrı mərkəzinin fəaliyyəti, müasir standartlara uyğun qurulmuş vətəndaşların qəbul mərkəzində yaradılan şərait, sosial şəbəkələr vasitəsilə müraciətlərin qəbulu imkanları və innovativ yanaşmalar əsasında həyata keçirilən digər istiqamətlər barədə ətraflı məlumatlandırılıblar.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, onlara təhsil həyatında uğurlar arzulanıb.





Təhsil