Astanadakı Türk Akademiyası və Ankara Sosial Elmlər Universiteti əməkdaşlıq protokolu imzalayıblar

post-img

Astanadakı Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev və Ankara Sosial Elmlər Universitetinin (ASEU) rektoru Musa Kazım Arıcan qarşılıqlı əlaqənin inkişaf etdirilməsinə və birgə tədqiqatların genişləndirilməsinə həsr olunan əməkdaşlıq protokolu imzayıblar.

İmzalanma mərasimi Türk Akademiyası və ASEU-nin təşkilatçılığı ilə Ankarada keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş elmi və mədəni tədbirlər çərçivəsində də baş tutub.

Sənəd tərəflərin türkologiya sahəsində tərəfdaşlığın dərinləşdirməsi, birgə elmi layihələrin həyata keçirilməsi, elm və təhsil müəssisələri arasında institusional əlaqələri gücləndirilməsini nəzərdə tutur.  

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Astana



Təhsil