UNEC və ABB Invest arasında strateji əməkdaşlıq memorandumu imzalanıb

post-img

Universitet - sənaye işbirliyinin gücləndirilməsi istiqamətində UNEC növbəti addım atıb.

XQ xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycanın maliyyə-investisiya sektorunun aparıcı şirkətlərindən biri olan “ABB-İnvest İnvestisiya Şirkəti” (ABB Invest) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

UNEC-in rektoru, professor Ədalət Muradov və ABB Invest-in icraçı direktoru Nadir Babazadə tərəfindən imzalanan memorandumun əsas məqsədi kapital bazarlarında bilik və təcrübə mübadiləsini gücləndirmək, maliyyə savadlılığını artırmaq, eləcə də UNEC tələbələrinin praktiki bacarıqlarını inkişaf etdirməkdır.

Memorandum çərçivəsində tərəflər maliyyə savadlılığının artırılmasına yönəlmiş birgə layihələr həyata keçirəcəklər, tələbələrin real iş proseslərinə qoşulması və peşəkar biliklərinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Memorandumda, həmçinin, tələbələr üçün istehsalat və yay təcrübə proqramları, qiymətli kağızlar üzrə maarifləndirici təlimlər, karyera imkanları, eləcə də maliyyə və iqtisadiyyat sahələrinə dair ən son kitabların nəşr olunması nəzərdə tutulub.











Təhsil