Yeni yaradılacaq Azərbaycan - Türkiyə peşə təhsili müəssisəsələrinin tədris-təchizat məsələlərinin müzakirəsi istiqamətində görüş keçirilib.
Bu barədə XQ-yə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren ilə keçirilən görüşdə informasiya texnologiyaları, turizm-xidmət, mebel və interyer dizayn, moda dizayn texnologiyaları və qida və içki xidmətləri istiqamətində avadanlıqların təchizatının təmin edilməsi və birgə layihələr müzakirə olunub.
TİKA rəhbərliyi protokoldan irəli gələn öhdəliklərin icrası çərçivəsində peşə təhsilinin inkişafına təmənnasız dəstəyin ediləcəyini vurğulayıb. Görüş tərəflərin praktiki əməkdaşlığının gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib.

