Santa Klaus Milad bayramı münasibətilə dünyanın bütün qitələrini ziyarət edərək 6,7 milyona yaxın hədiyyə paylayıb. Bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
Bildirilir ki, Santa Klaus Avropanın əksər ölkələrində olub. O, Rusiya, Avstraliya, Afrika, Şimali və Cənubi Amerikaya da səyahət edib. Santa Klaus hazırda ABŞ-nin qərbində səfərdədir.
Qeyd edək ki, “NORAD Tracks Santa” Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının himayəsi altında yaradılmış Milad proqramıdır. Şirkət 1955-ci ildən bəri hər il Milad bayramı ərəfəsində dünyanın müxtəlif guşələrindəki uşaqlara hədiyyələr çatdırmaq üçün Santa Klausun səyahətini təşkil edir.
Ənənəyə uyğun olaraq, Santa Klaus dünya səyahətinə dekabrın 24-də Milad ərəfəsində yola düşür.
S. Fidan
XQ

