Liberal partiya Kanada seçkilərində çoxluğu qazana bilmədi

post-img

Kanadanın baş naziri Mark Karninin hakim Liberal Partiyası ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlib. Bununla belə, partiya İcmalar Palatasında (parlamentin aşağı palatası) yerlərin əksəriyyətini qazana bilmədi, bu səbəbdən də azlıq hökuməti qurmalı olacaq.

Səslərin 100%-nin hesablanması ilə 343 seçki dairəsindən 165-də liberallar liderlik edir. Qalib gəlmək üçün liberallar 172 yer toplamalı idilər. Kanadanın Mühafizəkarlar Partiyası 147 seçki dairəsində dəstək qazanıb. Üçüncü yerdə 23 seçki dairəsində dəstək alan Kvebek bloku qərarlaşıb. 

S.ELAY

XQ

Dünya