Pentaqon ilk altı gündə İranla müharibəyə 11,3 milyard dollar xərcləyib

post-img

Pentaqon rəsmiləri Nümayəndələr Palatasının Müdafiə üzrə Təxsisatlar Alt Komitəsində senatorlarla qapalı brifinqdə ilk altı gündə İrandakı hərbi əməliyyatlara azı 11,3 milyard dollar xərcləndiyini bildiriblər. ABC News- un məlumatına görə, alt komitənin sözçüsü senator Kris Kuns məlumatı “təxminən dəqiq” adlandırıb .

O, hərbi əməliyyatın ümumi xərcinin hazırda “elan edilən rəqəmdən xeyli çox” olduğunu təxmin edib. Senator həmçinin İrandakı hərbi əməliyyatların ABŞ-a gündə 1,5 milyard dollara başa gəldiyini deyib. Əvvəllər Konqres tərəfindən Pentaqona ayrılan vəsaitlər hazırda xərclənir. Ağ Ev hələlik əlavə maliyyələşdirmə tələb etməyib.

Daha əvvəl mənbələr “The Washington Post” qəzetinə Pentaqonun İranla müharibənin ilk iki günündə sursata 5,6 milyard dollar xərclədiyini bildirmişdilər. Həmçinin iddia edilirdi ki, Tramp administrasiyası yaxın günlərdə Konqresə hərbi kampaniyanı dəstəkləmək üçün “on milyardlarla dollar” tələb edəcək.

P.ƏMİRCANOV
XQ

 

Dünya