ABŞ və Rusiya arasında birbaşa hərbi toqquşma ola bilər?!

post-img

Ukraynada münaqişənin gərginləşməsi ABŞ və Rusiya arasında birbaşa hərbi toqquşmaya səbəb ola bilər. Bunu ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəhbəri, general Qreqori Gilyo deyib. Məlumatı “İzvestiya.ru” verib. 

Konqresdə dinləmələrdəki məruzəsində o, birbaşa qarşıdurmaya keçid şansının getdikcə artdığı fikrini bildirib: “ABŞ ilə onun əsas rəqiblərindən biri arasında birbaşa münaqişənin baş vermə ehtimalı artır”.

O, Ukrayna münaqişəsində gərginliyin ABŞ və Rusiya arasında birbaşa qarşıdurmaya səbəb olacağı ssenarinin olduğunu deyib.

ABŞ Şimal Komandanlığı rəhbərinin sözlərinə görə, belə dövlətlərə təkcə Rusiya deyil, Çin, Şimali Koreya və İran da daxildir. Gilyo iddia edib ki, bu ölkələr bir sıra Qərb dövlətlərinin tənəzzülü fonunda potensial olaraq Vaşinqtona meydan oxuya bilər.

ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq da bildirib ki, Ukrayna münaqişəsinin həllinə dair mayın 15-də İstanbulda keçiriləcək danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ Rusiyaya qarşı “əzici” sanksiyalar tətbiq edəcək.  Amerikalı diplomatın sözlərinə görə, potensial sanksiyalar Rusiya Mərkəzi Bankına və Rusiya neftinin tranzitinə təsir edəcək.

P.ƏMİRCANOV
XQ

Dünya