İyulun 23-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayacaq. Bu barədə TRT Haber xəbər verir.
“anadolu”nun məlumatına görə, daha əvvəl görüşün hazırlanması ilə bağlı iki mənbə “İnterfaks”-a danışıqlara çərşənbə günü başlamaq planları barədə məlumat vermişdi.
“Biz danışıqların əsas gününün çərşənbə günü, iyulun 23-də olacağını gözləyirik”, - İstanbuldakı mənbə agentliyə bildirib. Məlumatı Moskvadakı mənbə təsdiqləyib.
Ukrayna prezidenti Vladimir Zelenski iyulun 21-də Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün çərşənbə günü, iyulun 23-də Türkiyədə keçiriləcəyini açıqlayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı jurnalistlərə bildirib ki, Rusiya-Ukrayna danışıqlarının növbəti raundunda nizamlanma üzrə hər iki tərəfin memorandum layihələrinin müzakirəsi planlaşdırılır.
P.ƏMİRCANOV
XQ