“Sumqayıt Kompressorları” ASC səhmdarlarının nəzərinə!

post-img

24 iyun 2026-cı il saat 15.00-da cəmiyyətin illik yığıncağı AR Mərkəzi Bankının “Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair təlimat”-a uyğun olaraq onlayn qaydada keçiriləcəkdir.

Onlayn platforma: ”ZOOM” proqramı. İclasın video qeydiyyatı aparılacaqdır.

Bütün səhmdarlardan xahiş edilir ki, yığıncağın keçirilmə vaxtına 1 gün (24 saat) qalanadək iclasda “ONLİNE” iştirak üçün müvafiq kod alaraq qeydiyyatdan keçmələrini aşağıda qeyd olunan “WhatsApp” nömrəsi ilə təmin etsinlər. Qeydiyyata düşənlərə proqramdan istifadə üçün İclasa qoşulma linki və müvafiq təlimat göndəriləcəkdir.

Gündəlikdəki məsələlər:

1) Cəmiyyətin illik hesabatlarının təsdiqi.

2) Digər məsələlər.

Ümumi yığıncağın gündəliyinin materialları ilə (10) 324-69-84 “Watsapp” nömrəsinə sorğu ünvanlamaqla tanış olmaq mümkündür.

2025-ci ilin yekunlarına görə səhmdarlara çatası olan dividendlərin alınması üçün səhmdarlardan öz hesablarını təqdim etmələri xahiş olunur.

Cəmiyyətin hüquqi ünvanı: Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 1.

“Sumqayıt Kompressorları” ASC-nin idarə heyəti

Reklam və elan