ABŞ administrasiyası hesab edir ki, hökumətin fəaliyyətini dayandırması (şatdaun) həftəlik ÜDM-in təxminən 15 milyard dollar itkisi ilə nəticələnəcək. “Politico” xəbər verir ki, Ağ Ev bu təxminləri respublikaçı qanunvericilərə ötürmək niyyətindədir.
ABŞ Prezidenti Donald Trampın iqtisadi müşavirlərinin hesablamalarına görə, dayanma bir ay davam edərsə, işsizlik 43 min nəfər arta, istehlak xərcləri isə 30 milyard dollar azala bilər. Bununla belə, bu hesablamalar təxminən 1,9 milyon federal işçinin məzuniyyətə çıxarılacağını və ya ödənişsiz işləyəcəyini nəzərə almır.
Oktyabrın 1-də Konqres büdcə xərclərinə dair razılığa gələ bilmədiyi üçün federal hökumət qismən fəaliyyətini dayandırıb. Respublika və Demokrat partiyaları bir-birini siyasi məqsədlərlə ittiham edirlər.
P.Əmircanov
XQ