Qırğızıstanın Joqorqu Keneşinin (parlament) yeni sədri deputat Marlen Mamataliyev seçilib.
XQ xəbər verir ki, qərar parlamentin bugünkü iclasında qəbul edilib.
Məlumata görə, səsvermədə 83 deputat iştirak edib.
M.Mamataliyevin namizədliyini 77 parlamentari dəstəkləyib, beşi əleyhinə çıxıb, bir bülleten etibarsız sayılıb.

