Azərbaycan və İran enerji sahəsində əməkdaşlığı müzakirə edib

post-img

Azərbaycan və İran iki ölkə arasında energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib.

Bu barədə XQ-yə nazirlikdən məlumat verilib. 

Bildirilib ki, bu müzakirələr nazir Pərviz Şahbazovun İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul zamanı aparılıb.

Görüşdə iki ölkə arasında energetika sahəsində birgə həyata keçirilən layihələr, onların icra vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, yaxın günlərdə Bakıda keçiriləcək Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası mövcud layihələrin icrasının sürətləndirilməsinə də mühüm töhfə verəcək.

İqtisadiyyat