Yunanıstanın baş naziri bu gün Ankaraya səfər edəcək

post-img

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.

XQ xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İkitərəfli görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.

Ərdoğan və Mitsotakis həmçinin regional və qlobal inkişaflar barədə fikir mübadiləsi aparacaqlar.

Dünya