Balıkesirdə yenidən zəlzələ qeydə alınıb

post-img

Türkiyədə 4,2 maqnitudada zəlzələ baş verib.

XQ xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 07:18-də Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınıb.

Zəlzələ 12,9 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 maqnitudalı zəlzələ qeydə alınmışdı.

Dünya