Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri vəzifəsinə namizəd Məhəmməd Əli Zeydi ilə telefon danışığı aparıb.
Məlumatı “Anadolu” yayıb.
Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin açıqlamasına görə, Ərdoğan Zeydini baş nazir vəzifəsinə namizədliyinin qeydə alınması münasibətilə təbrik edib və onun İraqda tez bir zamanda inklüziv, balanslı və sabit bir hökumət qura biləcəyinə əminliyini bildirib.
Prezident Ərdoğan Türkiyənin İraqla strateji və institusional əsasda sıx əməkdaşlığa əhəmiyyətli dərəcədə təkan verdiyini qeyd etdi. O, yeni dövrdə bu əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduqlarını və türkmən xalqının İraq və Türkiyə arasındakı qardaşlığın müstəsna bir elementi olduğunu qeyd edib.
Prezident vurğulayıb ki, Ankara İnkişaf Yolu layihəsi, eləcə də terrorizmlə mübarizə, müdafiə sənayesi, enerji və nəqliyyat da daxil olmaqla bir çox vacib sahələrdə münasibətləri inkişaf etdirmək əzmindədir.
P.ƏMİRCANOV
XQ

