ABŞ İranın sülh təkliflərini qəbul etməyib

post-img

ABŞ Prezidenti Donald Tramp İranın yeni sülh təklifini nəzərdən keçirdiyini, lakin rədd etdiyini bildirib. O, bu açıqlamanı İsrail mediasına verdiyi açıqlamada verib.

Məlumatı “Anadolu” verib.  

Tramp deyib: “Bu, mənim üçün qəbuledilməzdir. Mən bunu araşdırdım, hər şeyi araşdırdım və bu, qəbuledilməzdir”.

Ağ Ev rəhbəri bir müddət əvvəl TruthSocial platformasında İrana qarşı sərt bir bəyanat yaymışdı. O, Tehranın “son 47 ildə bəşəriyyətə etdiklərinə görə hələ də kifayət qədər yüksək qiymət ödəmədiyini” söyləmişdi.

İranın IRNA xəbər agentliyinin məlumatına görə, İran rəsmi olaraq Tehran və Vaşinqton arasında diplomatik əlaqələrdə vasitəçilik edən Pakistana son danışıqlar təklifinin mətnini təqdim edib. Sənəd 1 may cümə axşamı axşamı təqdim edilib. Yeni təşəbbüs regionda sülhə və düşmənçiliyə qəti son qoyulmasına yönəlmiş təkliflərə əsaslanır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi televiziya müsahibəsində təkliflərin təqdim olunduğunu təsdiqləyib və Tehranın mövqeyinə aydınlıq gətirib. O vurğulayıb: “Müharibəyə son qoyulması və davamlı sülhün bərqərar olması Tehranın ABŞ-la danışıqlarda əsas prioritetidir”.

P.ƏMİRCANOV
XQ

Dünya