Bolnisidə TİKA nümayəndələri ilə görüş

post-img

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndə heyəti Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olub.

TİKA-nın Gürcüstan ofisinə yeni təyin olunmuş nümayəndə heyətinin rəhbəri Salih Özer mərkəzdə həyata keçirilən fəaliyyətlə yaxından tanış olub. Görüş zamanı mərkəzin ümumi fəaliyyəti, hazırda icra olunan layihələr və gələcək əməkdaşlıq perspektivləri barədə qonağa ətraflı məlumat verilib.

Bildirilib ki, TİKA tərəfindən göstərilən maddi və texniki dəstək nəticəsində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində kitabxana fəaliyyətə başlayıb, texniki avadanlıqlar tamamilə yenilənib və müasir texniki vasitələr mərkəzin istifadəsinə verilib.

Qeyd edək ki, qonaqla keçirilən görüşdə Bolnisidən olan ziyalılar və müəllimlər də iştirak ediblər.

P.ƏMİRCANOV
XQ





Sosial həyat