Bu gün Qəbələdə WUF13 Festivalı keçiriləcək

post-img

Bu gün Qəbələdə Heydər Əliyev Parkında WUF13 Festivalı keçiriləcək.

XQ xəbər verir ki, bu barədə Əməliyyat şirkətindən bildirilib.

Məlumata əsasən, WUF13 Festivalı günün birinci yarısında məlumatlandırma sessiyası ilə başlayacaq, axşam saatlarında isə açıq havada ictimai proqram ilə davam edəcək.

İnteraktiv fəaliyyət, məlumatlandırıcı oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya təqdim ediləcək.

Sosial həyat