Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin hazırda Moskvada olan Suriya Ərəb Respublikası Prezident Administrasiyasının rəhbəri, Rusiya-Suriya ticarət-iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə daimi komissiyasının həmsədri Mahir əl-Şaraa ilə görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət zamanı Suriyada və onun ətrafında vəziyyət ətraflı müzakirə edilib, bu ölkənin münaqişədən sonra yenidən qurulmasının asanlaşdırılması üzrə vəzifələr vurğulanıb.
“Çoxşaxəli Rusiya-Suriya əməkdaşlığının inkişafının cari məsələləri ətraflı müzakirə olunub. Regional və beynəlxalq məsələlərə, o cümlədən BMT-də yanaşmaların əlaqələndirilməsi üçün siyasi dialoqun davam etdirilməsi razılaşdırılıb”, - nəşr yazır.
P.Əmircanov
XQ


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    