Astanada Avropa turizm forumu keçiriləcək

post-img

Qazaxıstan ölkəyə Almaniyadan artan turizm axını fonunda 2026-cı ilin avqustunda Astanada DRV Destination turizm forumuna evsahibliyi edəcək. Berlində keçirilən ITB turizm sərgisində əldə edilən razılaşma əməkdaşlığı gücləndirəcək və ölkənin almaniyalı turistlər ölkə ilə daha yaxından tanış olacaqlar.

Məlumatı “Euronews” verib.   

Qazaxıstan və Almaniyanın ən böyük turizm assosiasiyası olan Deutscher Reiseverband (DRV) DRV Destination Forumunu 2026-cı ilin avqust ayında Astanada keçirmək barədə razılığa gəliblər. Tədbirdə milli və regional təşkilatlar turizm istiqamətlərini təqdim edəcək, B2B görüşləri keçirəcək və Qazaxıstanın turizm imkanları haqqında ətraflı məlumat verəcəklər. DRV 4000-dən çox şirkəti təmsil edir və onun üzvləri Almaniya vətəndaşları üçün təşkil olunmuş xaricə səfərlərin təxminən 90 faizini təşkil edir.

“Forumdan sonra Qazaxıstana turların aparıcı Almaniya turoperatorlarının kataloqlarına daxil ediləcəyini və Almaniyada fəal şəkildə təbliğ olunacağını gözləyirik”, - deyə Turizm və İdman naziri Yerbol Mırzabossınov bildirib.

“DRV Forumu bütün Almaniya turizm sənayesinə güclü bir siqnal göndərir: ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır”.

P.ƏMİRCANOV
XQ

Dünya