Avropa çempionatında daha 2 bürünc

post-img

Azərbaycanın qadın güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatını 2 medalla başa vurublar. Təmsilçilərimiz Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıblar.

Digər idmançımız Birgül Soltanova (65 kq) bürünc medal uğrunda qarşılaşmada türkiyəli Beyza Akkuşa 2:4 hesabı ilə uduzaraq 5-ci olub. B.Soltanovadan əvvəl komanda yoldaşı Ruzanna Məmmədova (62 kq) da eyni göstəricini təkrarlayıb.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub.

Qabil YUSİFOĞLU
XQ

İdman