ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ənənəvi Hellouin bayramı keçirib və burada həyat yoldaşı Melaniya Trampla birlikdə uşaqlara hədiyyələr paylayıb. Məlumatı “Anadolu” verib.
Hadisə Ağ Evin bağçasında baş verib. Asiya turnesindən qayıtdıqdan sonra prezident və birinci xanım bayram mərasimində iştirak edərək qonaqlara dekorativ səbətlərdə düzülmüş şirniyyat və suvenirlər təqdim ediblər.
Hellouin üslubunda bəzədilmiş həyət bayram musiqisinə qərq olub. Şənlik təxminən bir saat davam edib.
Görüşü başa çatdıqdan sonra prezident jurnalistlərin suallarını cavablandırmayıb və Ağ Evə qayıdıb.
P.Əmircanov
XQ


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    