Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd əl-Şara ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sosial media hesabında məlumat verib.
Xəbəri “Anadolu” verib.
İkitərəfli münasibətlərin hazırkı vəziyyəti və Suriyadakı son hadisələr müzakirə olunub.
Prezident Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, sabitliyinə və təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Türkiyə lideri ölkə ərazisinin terrorizmdən tamamilə təmizlənməsinin həm Suriya, həm də bütün region üçün vacib olduğunu qeyd edib.
Türkiyə dövlət başçısının sözlərinə görə, Ankara, ilk növbədə, terrorizmlə mübarizədə Dəməşqə dəstəyini genişləndirməyə davam edəcək.
P.ƏMİRCANOV
XQ

